“Varlı qadın” Osetiya səhnəsində

Şimali Osetiya Dövlət Akademik Teatrında Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” komediyası tamaşaya qoyulacaq. SİA-nın məlumaına görə, komediyanı osetin dilinə Robert Bitayev tərcümə edib.

Xatırladaq ki, “Varlı qadın” komediyası 1999-cu ildə ilk dəfə mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında, sonralar Akademik Milli Daram Teatrında, eləcə də ölkənin əksər dövlət teatrlarında, 2008-ci ildən isə Rusiya, Ukrayna və Orta Asiya respublikalarının 20-yə yaxın teatrında tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə