Müdafiə Nazirliyi arxivə 50-dən çox kinosənəd təhvil verib

Müdafiə Nazirliyi tərəfindən daimi saxlanılmaq məqsədilə 59 kinosənəd (video) Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a məlumat verilib ki, kinosənədlər əsasən Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sistemində kadr hazırlığını, təlim-tərbiyə prosesini, dövlətimizin başçısının hərbi məktəblərdə müdavimlərlə görüşlərini, hərbi rütbə alma mərasimlərini, məzunlara diplomların təqdim olunmasını, habelə müdafiə nazirinin məzunlarla görüşlərini əks etdirir.

Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir və hər bir sənəd haqqında məlumat hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə