ŞOK: Normandiyada 2 milyon avroluq rəsm əsərləri yanıb

Normandiyada dünya mədəniyyətinə aid nadir incəsənət əsərlərinin saxlandığı binada irimiqyaslı yanğın baş verib. Kult.az xəbər verir ki, bu barədə “Parisien” qəzeti informasiya yayıb.

Yanğın bir çox sənət və qiymətli rəsm əsərlərinin saxlandığı binanın damında olub. Hadisə nəticəsində “Luvr” muzeyinə aid ümumi dəyərləri 2 milyon avroya yaxın olan rəsm əsərləri yanıb. Tədqiqat qrupuna yaxın mənbənin məlumatına görə, yanğın binanı ildırım vurması nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə