Kazak alayı Qırmızı Liman üzərinə hücuma keçdi?

Kazaklar Krasnı Liman yaxınlığında əks hücuma keçiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “müharibə müxbiri” Yevgeni Lisitsyn Telegram kanalında bildirib.

“208-ci kazak alayı Krasnı Liman üzərinə hücuma keçib. Kazaklar artıq Dibrovo qəsəbəsini azad ediblər”, - mesajda deyilir.

Qeyd edək ki, bundan əlavə, “VGTRK”-nın (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin korporativ saytı) müxbiri Aleksandr Sladkov özünün Teleqram kanalında mülki əhalinin kütləvi şəkildə şəhəri tərk etdiyini, administrasiyanın və xəstəxananın təxliyyə edildiyini, mağazaların bağlandığını bildirib.

Qeyd edək ki, hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.

Oktyabrın 1-də Donetsk vilayətinin Krasnı Liman şəhəri yaxınlığında mühasirə təhlükəsi səbəbindən Rusiya Silahlı Qüvvələri və müttəfiq qüvvələri daha sərfəli xəttlərə çəkilib. Rusiya Müdafiə Nazirliyi bildirir ki, Ukrayna ordusu ehtiyatları cəlb edərək bu istiqamətdə hücumu davam etdirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə