Rusiya “Qəhrəman Ana” mükafatını yenidən vermək qərarına gəlib.

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqı dövründən qalan mükafat proqramını yenidən təqdim etməyə hazırlaşır.

Putin Sovet dövründə İosif Stalinin idarə etdiyi 10 və daha çox uşağı olan qadınlara verilən “Qəhrəman Ana” mükafatını yenidən vermək qərarına gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putinin imzaladığı qərara əsasən, qadınlara birdəfəlik 1 milyon rubl veriləcək. Lakin mükafatı almaq üçün 10-cu uşaq bir yaşına çatmalı, digər 9 uşaq isə sağ olmalıdır. Bildirilib ki, mükafata layiq görülən qadınlara qızıl medal da təqdim olunacaq.

Qeyd edək ki, 1944-cü ildə Stalin əhalinin sayını artırmaq üçün bu qanunu gündəmə gətirdi və 400 min qadına mükafat veridi.

Bütün xəbərlər Facebook səhifəmizdə