Fәxrәddin Altun NATO sammitini qiymәtlәndirib

Fәxtәddin Altun İspaniyanın paytaxtı Madriddә keçirilәn NATO zirvә görüşü ilә bağlı paylaşım edib.

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun deyib: “Prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi zirvə görüşündə terrorla bağlı narahatlıqlarımızla әlaqәdar konkret, spesifik və mühüm nəticələr əldə edildi’’. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Fәxtәddin Altun İspaniyanın paytaxtı Madriddә keçirilәn NATO zirvә görüşü ilә bağlı paylaşım edib. Zirvədə separatçı terror təşkilatı PKK və onun qollarına qarşı əməkdaşlığın qəbul edildiyini qeyd edən Fәxrәddin Altun deyib: “Prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi zirvə görüşündə terrorla bağlı narahatlıqlarımızla әlaqәdar konkret, spesifik və mühüm nəticələr əldə edildi. Bütün tərəflər terror təşkilatı PKK və onun qollarına qarşı əməkdaşlığı qəbul etdi".

İsveç və Finlandiyanın terrorun bütün növlәrinә qarşı Türkiyənin yanında alacağı vә PYD/YPG ilә FETÖ-yə dəstək verməyəcəyi ilә bağlı söz verdiyini bildirən Fәxrәddin Altun sözlərinə belə davam edib: "Eyni zamanda, onlar müdafiə sənayemizə məhdudiyyətlər və ya sanksiyalar tətbiq etməmәyi və bu sahədə əməkdaşlığı artırmağı qәbul ediblәr. Onlar hәmçinin terrorla bağlı qanunlarını nәzәrdәn keçirәcәklәri ilә bağlı söz verdilәr. Terrora və mütəşəkkil cinayətkarlığa qarşı kəşfiyyat məlumatlarının mübadiləsi və əməkdaşlıq mexanizminin yaradılması barədə razılığa gəldik. Eyni zamanda, terrorizmdə təqsirli bilinən şəxslərin ekstradisiyası ilə bağlı konkret addımlar atmaq vә ikitərəfli razılaşmalar əldə etmək barədə razılığa gəldik. İsveç vә Finlandiya Türkiyәyә qarşı terror tәbliğatının qarşısının alınmasını da qәbul edib’’.

Finlandiya və İsveçin Aİ-nin Strukturlaşdırılmış Daimi Əməkdaşlıq Sazişinə (PESCO) qoşulmasını tam şəkildə dəstəkləməyə razılaşdıq.

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun sözügedən razılaşmanın həyata keçirilməsi üçün Finlandiya və İsveç səlahiyyətliləri ilə yaxından işləyəcəklərini ifadә edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...