İranın cənubundakı Xuzistan əyalətinin Abadan şəhərində “Metropol” adlı 10 mərtəbəli bina uçub. Binanın uçması nəticəsində 4 nəfər həyatını itirib, 55 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İranın Abadan şəhərində 10 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 55-ə çatıb. Dağıntılar altında xilas olunmağı gözləyən ən azı 80 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Təbii fəlakətin baş verdiyi şəhərə 50 axtarış-xilasetmə qrupu və 30 təcili yardım maşını göndərilib.
Dağılan binanın podratçısı və sahibinin nəzarətə alındığı öyrənilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə