Pentaqonun rəhbəri Lloyd Ostin ilə Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqlar zamanı tərəflər Kiyevin silaha olan ehtiyaclarını müzakirə ediblər.

Qeyd olunur ki, danışıqlar mayın 23-də Ukraynaya yeni hərbi yardımın göstərilməsi üzrə Qərb koordinasiya qrupunun ikinci iclası ərəfəsində baş tutub.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar ayrılması ilə bağlı qanun layihəsini imzalayıb.

Sənədə əsasən, “Ukraynadakı vəziyyətə reaksiya vermək və ona 2022-ci maliyyə ili üçün fövqəladə vəsait ayırmaları” nəzərdə tutulur.

Xatırladaq ki, mayın 14-də Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...