Kayseridə Finlandiyanın Fəxri Konsulluğu açılıb

Kayseridə Finlandiyanın Fəxri Konsulluğu açıldı. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Kayseri Sənaye Palatasının (KAYSO) girişində keçirilən açılış mərasimində çıxış edən Finlandiyanın Türkiyədəki səfiri Ari Maki deyib: "Hazırda Finlandiya və Türkiyə respublikaları arasında mükəmməl, ideal münasibətlər var. Ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir. Qarşılıqlı münasibətlərimizin inkişafı birgə tariximizin zirvəsinə çatıb.

Finlandiya Türkiyə ilə 2024-cü ildə qarşılıqlı ticarət əlaqələrini 3 milyon avro səviyyəsinə çatdırmağı planlaşdırır”.

Finlandiyanın Türkiyə səfirliyinin birinci katibi və konsul Raimo Pahkasalo Finlandiyanın Türkiyədə necə təmsil olunduğundan danışıb.

KAYSO-nun rəhbəri Mehmet Büyüksimitçi Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesini dəstəkləyən Finlandiya ilə ticarət əlaqələri və beynəlxalq əməkdaşlığın irəli getdiyini vurğulayaraq deyib: “Kayseridən 10 firma Finlandiyaya mineral sular, elektrik məişət texnikası və dəmir-polad məhsulları ixrac edir. Finladiya fəxri konsulluğunun Kayseridə açılması ticarət həcminin daha da artmasına töhfə verəcək.

Kayseri Böyükşəhər bələdiyyə sədri Memduh Büyükkılıç və digər rəsmilərin çıxışlarından sonra Finlandiya Fəxri Konsulluğun açılışı gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə