Putin Türkiyəyə səfər edəcək - RƏSMİ KREML

Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvətini qəbul etdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya liderinin qrafikinin uyğun olduğu bir vaxtda Türkiyəyə səfər edəcəyi bildirilib.

Ukrayna ilə Rusiya arasında gərginliyin artmasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm Ukrayna prezidenti Vladimir Zelenskini, həm də Rusiya prezidenti Vladimir Putini Türkiyəyə dəvət edib və vasitəçilik təklif edib. Lakin Kremlin dəvətinin qəbul edildiyini açıqlasa da Rusiya prezidenti Vladimir Putinin mümkün səfərinin dəqiq tarixini açıqlamayıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə