Yaponiyada yarımfövqəladə vəziyyətin miqyası artır

Yaponiya hökuməti Covid-19 hadisələrinin artması səbəbindən 16 əyalətdə həyata keçirilən fövqəladə vəziyyət tədbirinin əhatə dairəsini genişləndirmək və 34 əyalətə çatdırmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son günlər Covid-19 hadisələrində partlayış baş verən Yaponiyada “Omikron” mutasiyasının təsiri ilə hökumət epidemiya tədbirlərini sərtləşdirməyə qərar verib.

Yaponiyanın Baş naziri Fumio Kişida, hazırda 16 ştatda davam edən fövqəladə vəziyyətin əhatə dairəsinin daha 18 ştatda genişləndirilməsinə qərar verildiyini açıqlayıb. Cümə axşamı günündən etibarən qüvvəyə minəcək tətbiqin fevralın 20-dək davam edəcəyi, epidemiyanın qarşısının alınması tədbirlərinin tətbiq olunacağı əyalətlərin isə Hokkaydo, Osaka, Kyoto, Hyoqo, Fukuoka, Aomori, Yamaqata, Fukuşima, İbaraki, Toçiqi, İşikava, Naqano, Şizuoka, Şimane, Okayama, Saqa, Oita və Kaqoşima olaraq elan edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...