İsveçrə diplomatlarını təxliyə etməyi planlaşdırmır KİYEVDƏN

İsveçrə Ukrayna ətrafında artan gərginlikdən narahatdır, lakin hazırda Kiyevdəki səfirliyinin əməkdaşlarını təxliyə etməyi planlaşdırmır. SİA xəbər verir ki, bu sözləri İsveçrə Federal Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lea Zürçer deyib.

"İsveçrə gərginliyin artmasından narahatdır. Hazırda Kiyevdəki İsveçrə səfirliyinin təxliyyəsi planlaşdırılmır", deyə Zürçer RİA Novosti-nin sorğusuna cavab olaraq bildirib.

O əlavə edib ki, nazirlik mütəmadi olaraq Ukraynadakı təhlükəsizlik vəziyyətini qiymətləndirir.

Xatırladaq ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib, qeyd edib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar isə NATO-nun Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə