ABŞ-ın "heyrətamiz axmaqlığı" barədə PUŞKOV BƏYAN EDİB

Amerikalı analitiklər Rusiyanın “demokratik Ukrayna” qorxusu ilə bağlı tezisini yaymaqla heyrətamiz axmaqlıq nümayiş etdirirlər. SİA xəbər verir ki, bu fikri senator Aleksey Puşkov öz Telegram kanalında paylaşıb.

Siyasətçinin fikrincə, ABŞ-da ekspertlər rusların Ukraynadakı vəziyyətə əsl münasibətini nəinki bilmir, hətta anlamağa da çalışmırlar.

“Onlar yalançı ideologiyada yaşayırlar, orada onlar üçün əlverişli və rahatdır”, deyə o, izah edib.

Puşkov Rusiya ilə müqaisələr də aparıb.

“Rusiyada az adam tapılar ki, hazırda Ukraynada baş verənlərə paxıllıq etsin, ona görə də paxıllıq mümkün deyil”, deyə Puşkov fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın Rusiyadakı səfiri Mayk Makfol özünün Twiiter səhifəsində yazmışdı ki, Moskva üçün əsl təhlükə Ukraynanın perspektivli NATO-ya daxil olması deyil, bu ölkədəki demokratik rejimdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə