Sudanda etiraz aksiyalarında ölənlərin sayı 71-ə çatıb

Sudanda keçirilən etiraz aksiyasında 7 nəfərin həyatını itirdiyi, ən azı 100 nəfərin yaralandığı bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, ötən il oktyabrın 25-dən bu yana davam edən etirazlarda itkilərin sayı 71-ə yüksəlib. Sudan xalqının ötən il oktyabrın 25-də hərbi müdaxilədən sonra hökumətin tamamilə mülki şəxslərə təhvil verilməsinə etirazları davam edir. Sudanın paytaxtı Xartumda səhər saatlarında hərbi idarəçiliyə qarşı keçirilən etiraz aksiyasında 7 mülki vətəndaşın öldüyü, 100 nəfərin isə yaralandığı bildirilib.

Sudanın demokratiya tərəfdarı qrupu ölkədəki silahlı hücumları pisləyib və təhlükəsizlik qüvvələrinin hərəkətlərinə görə sudanlılara iki günlük vətəndaş itaətsizliyinə çağırıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə