Layiq olmadıqlarını “tələb edən miskinlər"

"...Əslində, Vahan Kerobyan sizə etdiyi təkliflərində elə də böyük səhv edə bilməz. Unutmayın ki, o, ölkənin iqtisadiyyat naziridir və təklif verməyə də səlahiyyəti çatır. İndi Vahan nə deyir? Vahan deyir ki, bu gün “...kommunikasiyalar blokdan çıxarılsa, Ermənistan, Türkiyə və Azərbaycan arasında təşəbbüslərimizin imkanları və rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq”.

Hər halda bu adam bilir ki, deyir də... Vahan deyir ki, özüm hesablamışam, iki il ərzində kommunikasiyaların blokdan çıxarılması Ermənistana ÜDM-in 30 faiz artımını təmin edəcək.

And-aman da edir ki, bu, təkcə mənim araşdırmam deyil, bunu həm Dünya Bankı, həm də Asiya İnkişaf Bankı təsdiq edib.

...Siz də xoflanırsınız ki, görən bu ÜDM artımı necə hesablanır? Hansı amillər belə dinamikanı təmin edəcək, daxili iqtisadiyyatın hansı sahələri sürətli inkişaf üçün stimul alacaq..., yollar açılsa, Ermənistan daha çox nəyi ixrac və ya idxal edəcək?

Əslində, burada bədbinliyə qapılmağa lüzum olmasa da, sizin erməni xislətiniz buna imkan vermir.

Mən belə başa düşürəm ki, siz ixraclıq heç nəyinizin, idxal üçünsə paranızın olmadığını demək istəyirsiniz, amma erməni “məğrurluğunuz” bunu deməyə sizə imkan vermir.

Təsəvvür edirsiniz, ölkədə iki il ərzində ÜDM-in 30 faiz artması nə deməkdir? Amma yenə də deyirsiniz ki, Kerobyan bu “yalançı rəqəmi” ortaya atmaqla guya erməniləri “ruhlandırmaq”, ölkənin iqtisadi gələcəyi ilə bağlı “nikbinlik oyatmaq” istəyir.

Hətta bəziləriniz 30 faizli ÜDM artımını elə də böyük göstərici saymırsınız. Deyirsiniz ki, 2002 -2003-cü illərdə, yəni Ermənistan hələ blokada şəraitində olanda da biz öz gücümüzə ÜDM göstəricini 27,2 faizə qaldırmışdıq. Amma şikayətlənirsiniz ki, bu yüksək göstərici erməni iqtisadiyyatının tərəqqisinə heç bir müsbət təsir göstərmədi. Ona görə də Vahanın 30 faizli ÜDM artımının da dil uzadırsınız, onun da erməni iqtisadiyyatının tərəqqisi üçün təsirsiz olacağını deyirsiniz.

...Blokada zamanı qeydə alınan nəqliyyat kommunikasiyalarının açılmasından bizə demək olar ki, eyni iqtisadi effekt təklif olunduğunu deyirsiniz. Burada özünüz üçün məqsədəuyğunluq, Ermənistan üçün maraq axtarırsınız. Yuxarıda yeri olmayıb, aşağanı bəyənməyənlər kimi, “...düşmənlər qarşısında özümüzü alçaltmağa, Türkiyə və Azərbaycan tərəfdən ticarət və iqtisadi genişlənmə riski daşımağa dəyər olan böyük faydalar haradadır?”-deyə layiq olmadığınızı istəyib, bununla da öz miskinliyinizi ortaya qoymuş olursunuz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə