Dövlət Dumasına seçkilərlə bağlı səsvermə aparılmayacaq LİVİYADA

Liviyada Rusiya Federasiyası Dövlət Dumasına seçkilər olmayacaq, Tunisdə bir seçki məntəqəsi açılacaq. SİA xəbər verir ki, bu barədə Rusiya müvəqqəti işlər vəkili C. Boltaev RİA Novosti-yə bildirib.

O, "Liviyada səsvermə olmayacaq, çünki orada səfirlik və ya seçki məntəqəsi yoxdur", deyib. Yüksək rütbəli diplomatın sözlərinə görə, "Tunisdə və ya ətrafdakı digər Rusiya səfirliklərində səs verə bilərlər."

O, həmçinin qeyd edib ki, özü də Rusiyanın Tunisdəki səfirliyində səs verəcək.

Xatırladaq ki, Dövlət Dumasına seçkilərdə səsvermə regional və bələdiyyə seçkiləri ilə yanaşı bu il sentyabrın 17-19-da keçiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə