İngiltərə “Soyuq müharibə” təlimlərinə başlayır...

... Putinin "öyündüyü" rus raketlərinə görə

Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Rusiyanın ən yeni nəsil qanadlı raketlər də daxil olmaqla müasir tipli silah növünün Kalininqrad bölgəsində yerləşdirilməsi ehtimalı ilə bağlı “Soyuq müharibə” dövründə tətbiq etdiyi təlimləri yenidən bərpa edəcəyini bəyan edib. SİA xəbər verir ki, bu barədə “The Telegraph”a İngiltərə Hərbi Hava Qüvvələrinin rəhbəri Mayk Uiqston deyib.

Onun sözlərinə görə, əgər bu gün rusların prezidenti Putinin lovğalandığı müasir qanadlı raketlərin silah arsenalı Kalininqrad bölgəsindəki rus yarımklavlarına yerləşdirilsə, bu bizim üçün elə də əlçatmaz olmayacaq.

Hərbi təyyarələrin mülki hava limanlarına və ya magistral yollara enməsinin bu təyyarələrin vurulması üçün çətinlik yaratdığını bildirən Uiqston son 30 ildə İngiltərə Hərbi Hava Qüvvələrinin bu üsuldan yararlanmadığını bildirib. Amma buna baxmayaraq, o artıq Böyük Britaniyanın kiçik hava limanlarından bu istiqamətdə məşqlərə başlanıldığını da gizlətməyib.

Bir daha xatırladaq ki, bir müddət bundan əvvəl rusların ordu və donanmasını müxtəlif bazalı qanadlı raketlərlə təchiz etməyin vacibliyini bildirən Rusiya lideri, xüsusi bir əda ilə ölkəsinin bu sahədə xeyli irəlilədiyini də bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə