Rumıniyada koronavirusa yoluxanların sayı 704 min nəfərə çatır

Rumıniyada koronavirusa yoluxanların sayı 703 min 776 nəfərə çatıb.

SİA Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 2878 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 17 min 554 nəfərdir. İndiyədək 641 min 288 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə