Ermənistanda daha bir məmur vəzifəsini itirdi

Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib. SİA xəbər verir ki, bu barədə parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan etirazçılarla görüşüdə deyib.

Müdafiə nazirliyinin binası qarşısında aksiya keçirən itkin düşən hərbçilərin yaxınları Balayanın niyə onların qabağına çıxmadığını soruşub. Buna cavab olaraq Köçəryan onun vəzifəsindən uzaqlaşdırıldığını bildirib.

Lakin etirazçılar yenə də Balayanı çağırmaqda təkid edib.

Xatırladaq ki, Ermənistan prezidenti noyabrın 20-də David Tonoyanın müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Tonoyanı bu vəzifədə əvvəllər Ermənistan baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutan Vaqarşak Arutyunyan əvəzləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə