Koronavirusa yoluxanların sayı 18 milyona yaxınlaşır

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 18 milyon nəfərə yaxınlaşır. SİA "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 17 milyon 917 min 833, pandemiya qurbanlarının sayı isə 685 min 972 nəfərə çatıb. İndiyədək 11 milyon 269 min 946 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə