ABŞ prezidenti Donald Tramp G7 sammitinin vaxtını sentyabr ayına keçirib

ABŞ prezidenti Donald Tramp G7 sammitinin vaxtını iyunun axırından sentyabr ayına keçirib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Ağ Evdən qeyd ediblər ki, ABŞ prezidenti sammitə həmçinin Rusiya, Hindistan, Avstraliya və Cənubi Koreyanı da dəvət etmək niyyətindədir.

D.Trampın sözlərinə görə, G7 çox köhnəlmiş ölkələr qrupudur.

Bütün xəbərlər Facebook səhifəmizdə