Putinin Tramp ilə əlaqə qurmaq planı yoxdur

Rusiya prezidenti Vladimir Putinin hazırkı neft durumu fonunda ABŞ prezidenti Donald Tramp ilə əlaqə qurmaq üçün heç bir planı yoxdur. SİA Ren Tv-yə istinadən xəbər ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Bir müddət əvvəl Putin Tramp ilə telefon danışığı aparıbn, bu zaman iki prezident neft bazarındakı vəziyyəti müzakirə ediblər.

"Bu anda, yox", deyə Peskov Amerika prezidenti ilə təmasların yaxın gələcəkdə planlaşdırılıb-planlaşdırılmaması sualına belə cavab verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə