Ermənistanda koronavirus simptomları ilə 40 nəfər aşkarlandı

Ermənistanda 40 nəfər hərarətin artması və ya koronovirusun digər simptomları ilə xəstəxanaya yerləşdirilib. SİA Ermənistana məxsus aysor.am saytına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzetin yazdığına görə, bu günə qədər artıq Ermənistanda 40 nəfər temperatur və ya koronovirusun digər simptomları ilə xəstəxanaya yerləşdirilib. Bu barədə isə sözügedən nəşrə Səhiyyə və Əmək Müfəttişliyinin sanitariya-gigiyena və anti-epidemioloji nəzarət şöbəsinin müdiri Anna Harutyunyan bildirib.

Səlahiyyətlilərin vədlərinə baxmayaraq, infeksiyanın yayılmasına nəzarət etmək üçün görülən işlərin keyfiyyəti hal-hazırda xalqın etimadını doğrultmur və heç də Ermənistan cəmiyyəti buna görə hakimiyyətdən razı deyil.
Xatırladırıq ki, Ermənistandakı koronavirusun daxil olmasının və yayılmasının qarşısının alınmasına nəzarət Səhiyyə Nazirliyi və Səhiyyə və Əmək Müfəttişliyi tərəfindən həyata keçirilir. Qeyd edək ki, bu günlərdə Ermənistana quru və hava yolu ilə virusun daşıyıcısı ola bilən və təmas yolu ilə virus yaya bilən müxtəlif vətəndaşlar gəlir.

“Joxovurd” qəzetinin müxbiri, Parlamentin Səhiyyə və Sosial Məsələlər daimi komissiyasının sədri Narek Zeynalyan ilə söhbət edərək, bu nəzarətin necə həyata keçirildiyini öyrənməyə çalışıb.

"Hava limanında şəxsi kart doldurulur. Bir insanın şikayətləri varsa, qızdırması varsa, xəstəxanaya yerləşdirilib, müayinə aparılır. Heç bir şikayət yoxdursa, ünvan kartı doldurulur, temperatur 14 gün ərzində ölçülür”, deyə Narek Zeynalyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...