Gürcüstan XİN ölkə vətəndaşlarına İrana getməmək xahişini edib

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına müraciət edib.

SİA xəbər verir ki, müraciətdə ölkə vətəndaşlarından İran İslam Respublikasına səfər etməmək xahiş olunur. Müraciətdə deyilir: “İran İslam Respublikasında koronavirusun yayılması sizin sağlamlığınız üçün təhlükə yarada bilər. Xahiş edirik, müvəqqəti olaraq, vəziyyət normallaşana qədər İrana səfərdən imtina edəsiniz”.

Nazirlik, həmçinin İranda səfərdə olan Gürcüstan vətəndaşlarına da xəbərdarlıq edib və onlar üçün “Qaynar xətt” yaradılıb. Gürcüstan, həmçinin İrana uçuşları dayandırmaq niyyətindədir. Bu günlərdə bununla bağlı qərar qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, fevralın 21-də Gürcüstanda olan üç İran vətəndaşı Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlarda koronavirus aşkarlanmasa da, hələlik xəstəxanada müalicə olunurlar. Fevralın 22-də isə daha 4 İran vətəndaşı Tbilisi beynəlxalq aeroportundan birbaşa xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...