ABŞ-ın “Teodor Ruzvelt” aviadaşıyıcısı Sakit okean bölgəsinə yollanıb
ABŞ ordusuna məxsus “Teodor Ruzvelt” aviadaşıyıcısı (CVN-71) 6 hərbi gəmi ilə birlikdə Hind-Sakit Okean Komandanlığı bölgəsinə yollanıb.
SİA "BBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, göyərtəsində müxtəlif döyüş təyyarələri olan aviadaşıyıcı regionda dəniz təhlükəsizliyini, regional tərəfdaş və müttəfiqlərlə birgə regional sabitliyi təmin etmək üçün bölgəyə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə