ABŞ administrasiyası gələn həftə Əfqanıstandakı qoşunların sayının 8-9 min nəfərə endirilməsi ilə bağlı qərarını rəsmi olaraq elan edəcək

ABŞ administrasiyası gələn həftə Əfqanıstandakı qoşunların sayını təxminən 4 min əsgər azaldaraq, ümumilikdə 8-9 min nəfərə endirilməsi ilə bağlı qərarını rəsmi olaraq elan etmək niyyətindədir. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, Əfqanıstandan qoşunların çıxarılmasının tarixi ilə bağlı məlumat verilməyib. Bildirilir ki, bu müddət hərbi personalın rotasiya əsasında növbələşdirilməsinin dayandırılması səbəbindən bir neçə ay ərzində mərhələ şəklində həyata keçiriləcək. Qeyd edək ki, Müdafiə naziri Mark Esper oktyabr ayının sonlarında Kabilə etdiyi səfərdə ABŞ-ın Əfqanıstandakı kontingentinin miqdarını bu ölkədə fəaliyyət göstərən terrorçu qruplara qarşı mübarizəyə zərər vermədən 8,6 min hərbi qulluqçuya qədər azalda biləcəyini açıqlamışdı. Hazırda bu ölkədə Əfqanıstan ordusunun təlimatlandırılması ilə məşğul olan və ekstremistlərə qarşı birbaşa əməliyyatlarda iştirak edən təxminən 14 min ABŞ əsgəri var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...