BMT-nin nüvə agentliyi İranın nüvə proqramının hərbi mahiyyətinə dair yeni məlumat əldə edib
BMT-nin nüvə agentliyi İranın nüvə proqramının hərbi mahiyyətinə dair yeni məlumat əldə etdiyini bəyan edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, agentliyin bəyanatında bildirilir ki, İran nüvə silahlarının istehsalı üzərində çalışa bilər.
Qərb uzun zamandır ki, İranın nüvə proqramı üçün uran zənginləşdirdiyindən şübhələnir. İran isə proqramın dinc mahiyyət daşıdığını iddia edir. BMT-nin Təhlükəsizlik Şurası İranın fəaliyyətləri dayandırmaqdan imtina etməsinə görə o ölkəyə qarşı artıq 4 sanksiya tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə