Rusiyaya məxsus Su-24 təyyarəsi Polşa hava məkanına daxil olub. SİA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında deyilir. Bildirilib ki, insident fevralın 11-də Qdansk körfəzinin şərq hissəsində, ölkənin ərazi suları üzərində baş verib. Su-24-ün Polşa hava məkanına maksimum 6,5 km dərinliyə daxil olduğu və orada 1 dəqiqə 12 saniyə qaldığı qeyd edilib. Polşanın növbətçi xidməti Rusiya tərəfi ilə əlaqə saxlayıb və onlar insidentin səbəbinin Su-24 təyyarəsinin naviqasiya sisteminin nasazlığı ilə əlaqəli olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB