...ABŞ-ın müttəfiqi olan Cənubi Koreya mütəmadi olaraq NATO sammitlərində iştirak edir və bir sıra ölkələri silahla təmin edir.
Analitiklər Cənubi Koreyanın silahlarının Ukrayna qüvvələrinin artıq istifadə etdiyi silahlarla uyğunlaşacağına inanırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” yazır.
Bu arada WestExec Advisors şirkətinin baş məsləhətçisi Henri Haqqard, “Cənubi Koreyanın Ukraynaya dəstəyi bütün münaqişənin gedişatını dəyişə bilər”-deyə bildirib.
Qeyd edək ki, o, 2021-2023-cü illərdə ABŞ-ın Seuldakı səfirliyində siyasi məsələlər üzrə nazir müşaviri vəzifəsində çalışıb.
...Koreya firmaları təkcə Ukraynaya kömək etmək üçün xüsusi olaraq hazırlanmış dünya səviyyəli silahlar istehsal etmir, həm də lazımi silahları kritik ola biləcək sürətlə çatdırmaq üçün istehsal gücünə malikdir.
Bunu da Henri Haqqard deyib.
İddialara görə, Cənubi Koreya Ukraynaya dolayı dəstək verir və Amerikanın 155 mm-lik artilleriya mərmilərinin ehtiyatlarını artırır.
London Kral Kollecinin Koreya üzrə eksperti Ramon Paçeko Pardo qeyd edib ki, Avropa ölkələri Cənubi Koreyanın Ukraynaya bütün Avropa ölkələrinin birləşdiyindən daha çox artilleriya mərmisi verdiyini bilirlər, baxmayaraq ki, bu, üçüncü ölkələr vasitəsilə olub.
...Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı bildirib ki, Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi fonunda artilleriya və hava hücumundan müdafiə sistemləri ilə bağlı “ətraflı” sorğular etmək üçün Seula nümayəndə göndərir.
Yeri gəlmişkən, Seul “dinc məqsədlər istisna olmaqla” silah ixracını məhdudlaşdıran ölkənin Xarici Ticarət Qanununu əsas gətirərək Kiyevə birbaşa ölümcül yardım göstərməkdən hələ də imtina edir.
...Paçeko Pardo qeyd edib ki, Seul və Moskva Rusiyanın Şimali Koreyaya dəstəyini məhdudlaşdıracağı təqdirdə Cənubi Koreyanın Ukraynaya birbaşa ölümcül yardım göstərməyəcəyi barədə anlaşıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə