...Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili seçkiləri saxtalaşdıran rusiyayönlü “Gürcü arzusu” partiyasına qarşı küçə alətindən yetərincə istifadə etməyən müxalifəti tənqid edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, Gürcüstanda diktatura qurulduğunu və buna görə də müxalifəti kütləvi aksiyalara çağırıb.
Saakaşvilinin fikrincə, ölkə daxilində vaxt itirilir, ölkə xaricinə maraq getdikcə azalır. Təşəbbüsü öz əlimizə almasaq, rejimin əlinə keçəcək.
...Biz əvvəllər deyirdik ki, biz Belarus və ya Venesuela deyilik və daha fəal olacağıq.
Əslində, etiraf etməliyik ki, hətta eyni belaruslar bizdən qat-qat fəal döyüşürdülər.
Mən bunu narahatlıq və ağrı ilə deyirəm və ümid edirəm ki, geniş xalq etiraz hərəkatı tezliklə bərpa olunacaq.
Mən şadam ki, partiyalar və ictimai hərəkatlar birgə fəaliyyət göstərir və mən Milli Hərəkatı və onun bütün tərəfdarlarını seçkiqabağı fikir ayrılıqlarımızı geridə qoymağa çağırıram, çünki indi ölkəmizi xilas etmək lazımdır!
Bunu Saakaşvili deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə