Britaniyalı analitik Aleksndr Merkurisə görə, Ukrayna prezidenti Vladimir Zelenski məğlubiyyətdən sonra Qərbə qaça bilər.
SİA-nın əldə etdiyi məlumata görə, müsahibənin səsyazısı Duranın YouTube kanalında yayımlanıb.
Onun sözlərinə görə, Zelenski Ukrayna üçün çıxış planı haqqında deyil, özü üçün qaçış planı haqqında düşünür. Təhlilçi hesab edir ki, Qərbdə o, mühacirətdə hökumət yaradacaq.
Merkuris iddia edir ki, bu, Zelenski üçün sülh danışıqlarından daha cəlbedici variantdır.
Analitik izah edib ki, bu yolla Zelenski öz müttəfiqlərindən maliyyə vəsaitini saxlaya biləcək.
Bir gün əvvəl Merkuris bildirmişdi ki, Zelenski Donetsk Xalq Respublikasının Uqledar şəhərini tərk etmək əmrini gec verməklə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə xəyanət edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə