“National Interest”: F-16 təyyarələri Ukraynada güclü Rusiya HHM-ləri üçün asan hədəf olacaq - RƏY
Qərb hərbi ekspertləri Ukraynaya verilən F-16-ların Rusiya hava hücumundan müdafiə sistemləri ilə qarşıdurmada uğur qazanacağını ehtimal etmir. Çünki, F-16 təyyarələri heç vaxt Rusiyanınki qədər müasir hava hücumundan müdafiə sistemi ilə qarşılaşmayıb. SİA xəbər verir ki, bu haqda “National Interest” ekspertləri yazır.
Ukraynaya veriləcək 60 ilə 80 ədəd arasında Amerika F-16 qırıcıları real döyüşdə heç vaxt S-400 kimi müasir hava hücumundan müdafiə sistemləri ilə qarşılaşmayıb. F-16-nı Yaxın Şərqdə hava hücumundan müdafiə sistemlərindən gizlədən sistemlər Ukraynada kömək etməyəcək, - “National Interest” nəşri əmindir.
“Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin müasir müharibədə bu qırıcıların indiyə qədər qarşılaşacaqları ən qabaqcıl sistemlər olduğunu xatırlamaq vacibdir. F-16 özünü gizləyə bilən qırıcı deyil və ona görə də bu münaqişə boyu Ukraynanın digər qırıcıları kimi onlar da Rusiyanın hava hücumundan müdafiə vasitələrinin aşkarlanacaq və vurulacaq asan hədəf olaraq qalır.
Məqalədə həmçinin qeyd edilir ki, Rusiya qoşunları “Abrams” və “Leopard” tanklarında olduğu kimi F-16-ları da rahatlıqla hədəfə alacaq. Bu, təkcə ABŞ-ın nüfuzuna zərbə və döyüş üstünlüyünün nümayişi deyil, həm də taktiki baxımdan mühüm vəzifədir. Ekspertlər hesab edirlər ki, 70-ci illərin istehsalı olan bu köhnə texnologiyalı təyyarələrin əksəriyyəti havaya qalxmağa imkan tapmadan belə məhv ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə