"Mən bu suala cavab verməməyə üstünlük verərdim..."

Prezident rus klassiklərini sevir..?

Rusiya prezidenti Vladimir Putindən ən çox sevdiyi mahnının hansı olduğunu soruşublar. Sual Vyetnamın paytaxtı Hanoyda Sovet və Rusiya universitetlərinin məzunları ilə görüşdə verilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Rossiya” telekanalının jurnalisti Pavel Zarubin Teleqram kanalında bildirdiyinə görə, Putin bu suala cavab verməyib.

...Mən bu suala cavab verməməyə üstünlük verərdim, çünki bunun formal inzibati nəticələri olacaq.

Bunu rusiyalı dövlət başçısı bildirib.

Putin rus xalq sənətini, xüsusən də rus klassiklərini həqiqətən çox sevdiyini qeyd edib.

Xatırladaq ki, Putin Vyetnama ötən gecə gəlib. Prezidentin Vyetnamın hər dörd lideri ilə danışıqlar aparacağı, həmçinin Sovet və Rusiya universitetlərinin məzunları ilə görüşəcəyi gözlənilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə