“Amerikanı terrorçulardan qorumaq üçün Bayden təqaüdə çıxmalıdır..?”

Bunu “The New York Post” nəşri iddia edir...

...Bu gün ABŞ-da 11 sentyabr terror hücumları ilə müqayisə edilə bilən təhlükə ilə bağlı çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Cozef Bayden hələ də sərhəd təhlükəsizliyini gücləndirə bilməyib. Terror aktı törətmək üçün yalnız bir şansa ehtiyacı olan minlərlə təhlükəli şəxs ölkəyə daxil olur, lakin hazırkı prezident milli təhlükəsizlik ekspertlərinin gəldiyi nəticəni eşitmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The New York Post” yazır.

Nəşrin iddasına görə, ötən həftə Los-Anceles, Filadelfiya və Nyu-Yorkda İŞİD-lə əlaqədə şübhəli bilinən 6 miqrant saxlanılıb. Və onlardan ən azı biri gələn il mühakimə olunmaq üçün cənub sərhədində federallar tərəfindən sərbəst buraxılıb.

“The New York Post” ABŞ-ın 11 sentyabr terrorundan daha da pisi ilə qarşılaşa biləcəyiniu istisna etmir.

Bundan əlavə, Federal Təhqiqat Bürosunun direktoru Kris Reyada ABŞ-dakı "təhlükəli vəziyyət" haqqında həyəcan verici qiymətləndirmələr olduğu iddia edilir.

2023-cü ilin dekabrında o, onsuz da yüksək olan terror təhlükəsinin İsrail münaqişəsinin başlamasından bəri "tamamilə fərqli səviyyəyə" yüksəldiyini, minlərlə insanın hər gün Amerika sərhədini çox az və ya heç bir yoxlama olmadan keçdiyini söyləyir.

...Bu arada antiterror mərkəzinin direktoru Kristin Abizaid də qlobal təhlükənin artdığın qeyd edərək həyəcan ifadə edib. Və keçən həftə ABŞ-ın Baş prokuroru Merrik Qarland təhlükəsizlik təhdidlərinin “çox artdığını” etiraf edib.

Federal Təhqiqat Bürosunun rəhbəri onu da qeyd edir ki, Tehran ABŞ tərəfindən təşkil edilən general Süleymaninin qətlini hələ də unutmayıb və ABŞ-ın yüksək rütbəli məmurlarına qarşı intriqalar planlaşdırır.

...Lakin bütün təhdidlərə baxmayaraq, cənub sərhədi praktiki olaraq müdafiəsiz qalır. Belə ki, İmmiqrasiya Araşdırmaları Mərkəzindən Todd Bensman nəşrə bildirib ki, ölkəyə milli təhlükəsizlik marağı olan ölkələrdən minlərlə miqrant daxil olub. Belə ki, onların arasında Suriya, Livan, İraq və Əfqanıstan vətəndaşları da var.

...Ekspertlər qeyd edirlər ki, ötən il terror təşkilatları siyahısından ölkəyə daxil olmağa cəhd edən yüzlərlə şəxs müəyyən edilib. Nə qədər belə təhlükəli insanların hələ də sərhədi keçdiyini təsəvvür etmək qorxuncdur. Təbii ki, antiterror agentləri düzəlməz bir şeyin qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər. Ancaq tarixin göstərdiyi kimi, cinayətkarlara yalnız bir şans lazımdır.

...Ancaq prezident Baydenin vəziyyətində hər şey tamamilə fərqlidir. O, ölkənin təhlükəsizliyini təmin etmək üçün edilən çağırışlara kar olaraq qalır. Əgər Amerika 11 sentyabr hadisələrinin təkrarlanmasının qarşısını almaq istəyirsə, Bayden təqaüdə çıxmalıdır..?

Qeyd edək ki, “The New York Post” bunu əminliklə iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə