Hindistan və Banqladeşdə qasırğa: 16 nəfər ölüb

İlin ilk böyük qasırğası olan “Remal” tropik siklonu Hindistan və Banqladeşdə həyatı iflic edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qasırğa nəticəsində ən azı 16 nəfər həyatını itirərkən, milyonlarla insan işıqsız qalıb.

Banqladeşli iqlim mütəxəssisi Liakath Ali bir çox yerdə suların qalxdığını ifadə edərək, "Bir çox insan qapalı vəziyyətdə qalıb. Milyonlarla insanın işıqsız və ya sığınacaqsız qalacağı daha uzun bir gecə olacaq. İnsanların necə olacağı barədə heç bir fikri yoxdur. Evlərinə, torpaqlarına və heyvanlarına çox ziyan dəydi" - deyib.

Banqladeşdə ən azı 10 nəfər həyatını itirərkən, təxminən 35 min ev dağılıb, 115 min evə isə qismən ziyan dəyib.

Hindistanda 6 nəfər ölüb, onlardan 4-nü elektrik cərəyanı vurub, 1200 elektrik dirəyi və 52 ağac aşıb. Səlahiyyətlilər hər iki ölkədə təxminən 1 milyon, Banqladeşdə təxminən 800 min və Hindistanda təxminən 110 min insanın sığınacaqlara sığındığını açıqlayıb.

UNICEF-in Banqladeş nümayəndəsi Şeldon Yett bildirib ki, 8,4 milyondan çox insan, o cümlədən 3,2 milyon uşaq sağlamlıq, qidalanma, sanitariya və təhlükəsizlik baxımından risk altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə