Avropada fermer etirazları səngimir

Avropada qiyam qaldıran fermerlərin etirazları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransada fermerlər paytaxt Parisdə bir araya gəlib. Keçiriləcək kənd təsərrüfatı yarmarkası öncəsi ucuz ərzaq məhsullarının idxalına etiraz edən fermerlər traktorları ilə Kənd Təsərrüfatı Nazirliyinə gedən yolu bağlayıblar.

Fransa polisi fermerlərin nazirliyə çatmasının qarşısını almaq üçün nazirliyə gedən bütün yolları bağlayıb. Yüksək qiymətlərin gəlirlərinə mənfi təsir göstərdiyini iddia edən və daha yaxşı maaşlar, daha az məhdudiyyətlər və daha az xərc tələb edən fransız fermerlər, Fransa prezidenti Emmanuel Makron tərəfindən açılacaq kənd təsərrüfatı yarmarkası öncəsi traktorları ilə yolu bağlamağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə