Kantor tısbağası görənləri təəccübləndirdi

Hindistanın cənubundakı Kerala əyalətində vəhşi təbiətin mühafizəsi üzrə tədqiqatçılar nadir yumşaq qabıqlı Kantor tısbağası tapıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vətəni Cənubi və Cənub-Şərqi Asiya olan yumşaq qabıqlı tısbağa növü nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlar sırasındadır.

BBC-nin məlumatına görə, Portsmut Universitetinin tədqiqatçıları Keralada Çandragiri çayının sahilində nadir tısbağanı aşkar ediblər. Tədqiqat nəticəsində dişi Kantor tısbağası və onun yumurtaları ilk dəfə qeydə alınıb və daha sonra onlar çaya buraxılıb. Portsmut Universitetinin Biologiya Departamentindən Dr. Fransua Kabada-Blanko, sözügedən növün varlığının elm adamları və vəhşi təbiət həvəskarları üçün narahatlıq səbəbi olduğunu ifadə edib.

İllərlə davam edən uğursuz işdən sonra tədqiqatçılar Kantor tısbağasının yuvasını aşkar etmək üçün ənənəvi üsullardan fərqli bir üsul tətbiq ediblər. Kabada-Blanko izah edib ki, kəşfdə yerli əhalinin bilik və təcrübəsindən də istifadə olunub. Şirin sularda yaşadığı bilinən Kantor tısbağalarının uzunluğunun ən az bir metr, çəkisinin isə 100 kiloqram olduğu qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə