Tramp Baydeni üstələdi...İlk dəfə olaraq

ABŞ-ın keçmiş lideri Donald Trampın reytinqi, təkbətək qarşıdurmada ilk dəfə Ağ Evin hazırkı rəhbəri Cozef Baydenin reytinqini üstələyib.

SİA-nın əldə etdiyi məlumata görə, sorğu “The Wall Street Journal” nəşri keçirib.

Beləliklə, nəşr qeyd edir ki, respondentlərin 47 faizi Trampa səs verməyə hazır olduqlarını bildirib, sorğuda iştirak edən amerikalıların yalnız 43 faizi Baydeni dəstəkləməyə razılaşıb.

Eyni zamanda, ABŞ prezident seçkilərində digər mümkün namizədlər nəzərə alındıqda fərq 31 faizə qarşı 37 faizə qədər artır. Xüsusilə, prezidentlik yarışında iştirak etmək planlarını açıqlayan keçmiş demokrat kiçik Robert Kennedi ona dəstək üçün 8 faiz səs toplayıb.

Amerikalılardan Bayden və Trampın siyasətlərinin onların həyatlarına təsiri barədə də soruşulub. Respondentlərin 53 faizi bundan əziyyət çəkmə ehtimalının daha çox olduğunu etiraf edib, Tramp üçün bu rəqəm 37 faizdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə