Nüfuzlu xəstəxana orqan alveri səbəbiylə istintaqa cəlb edilib

Hindistan xəstəxanada baş verən orqan alveri ilə sarsılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük özəl xəstəxanalarından birinin böyrəklərin pul müqabilində satışı ilə məşğul olduğunu iddia edən xəbərlər dərc edilib. Böyrəklərini satanların əksəriyyətinin Myanma kəndliləri olduğu bildirilən xəbərdə: "Çarəsiz gənc Myanma kəndliləri öz ölkələrindən Yeni Delhidəki nüfuzlu Apollon xəstəxanasına gətirilir və böyrəyini zəngin Burma xəstələrinə bağışlamaq şərti ilə ödəniş alırlar" qeyd olunub.

Hindistan Səhiyyə Nazirliyi isə ölkənin ən böyük özəl xəstəxanalarından biri olan Apollonun pul qarşılığında zəngin insanlara böyrək verməsi iddiası ilə bağlı araşdırma başladıb.

Apollo Xəstəxanası isə orqan transplantasiyası üçün bütün qanuni və etik tələblərin yerinə yetirildiyini bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə