Tanzaniyada sel və torpaq sürüşmələri ölümlərə bais olub

Ölkə mətbuatında yer alan xəbərlərə görə ...

Tanzaniyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 47 nəfər həyatını itirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalındakı Manyara bölgəsində leysan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Manyara bölgə komissarı Quin Sendiqa sel və torpaq sürüşmələri nəticəsində 47 nəfərin həyatını itirdiyini, 85 nəfərin isə yaralandığını bildirib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Kateş və Hananq kəndlərində baş verən sürüşmə nəticəsində 100-ə yaxın ev dağılıb və zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə