Güclü yağış 53 nəfərin həyatına son qoyub

Somalidə güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayının 53-ə yüksəldiyi bildirilib. Somali Fəlakətlərin İdarə Olunması Agentliyinin prezidenti Mohamud Moallin Abdulle mətbuata verdiyi açıqlamada 1,5 milyon insanın həddindən artıq yağış və daşqınlardan zərər çəkdiyini, 5 mindən çox evin dağıldığını bildirib. SİA xarici mənbələrə istinadən bildirir ki, Somalidəki fəlakət Hiraan, Bakol, Bay və Gedo bölgələrində təsirli olub.

Daşqınlardan heyvandarlıq və əkinçilik sahələri də zərər çəkib.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə