Moldova sərhədçiləri Rusiya ərazisində axtarışda olan 48 yaşlı rusiyalını Rumıniya ilə sərhəddə saxlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, rus saytları Moldova Sərhəd Xidmətinin mesajına istinadən xəbər verirlər.
“2023-cü il noyabrın 18-də axşam Leuseni sərhəd-keçid məntəqəsində sərhədçilər İnterpolun məlumat bazasını rəhbər tutaraq Rusiya vətəndaşını saxlayıblar. Hazırda həmin şəxs həbsdədir, onun Rusiyaya ekstradisiyası üçün hazırlıqlar gedir”, - məlumatda deyilir.
Qeyd olunur ki, şübhəli Moldovanı tərk edərək Avropa İttifaqına getməyi planlaşdırıb. Saxlanılan şəxsin adı və axtarışda olduğu maddə göstərilmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB