Peskov verilən sualdan yayınsa da...

Bu arada Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “Vaqner”in xüsusi hərbi əməliyyatda mümkün iştirakı və Rusiya PMC-nin keçmiş komandiri Andrey Troşevin Rusiya Müdafiə Nazirliyində işləməsi ilə bağlı sualları cavablandırmaqdan “qaçıb”.

SİA-nın əldə etdiyi məlumata görə, brifinq zamanı Dmitri Peskovdan “Vaqner” PMC-dən muzdluların Rusiya xüsusi əməliyyatı zonasına qaytarılması ehtimalını şərh etmək istənilib.

Buna cavab olaraq Kremlin rəsmi nümayəndəsi Rusiya hərbi idarəsi ilə əlaqə saxlamağı məsləhət görüb və qeyd edib ki, yalnız bu vaxt “Vaqner”in xüsusi hərbi əməliyyatda iştirakı ilə bağlı hərtərəfli məlumat əldə etmək mümkündür.

Andrey Troşevin Rusiya Müdafiə Nazirliyinin strukturundakı statusu ilə bağlı jurnalistlərin sualını cavablandıran Dmitri Peskov “orada işləyir” deyib.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin keçmiş “Vaqner” komandiri Andrey Troşevə könüllü birləşmələrin formalaşmasına başlamaq barədə göstəriş verdiyi məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə