Rusiya neft hasilatı üçün kvotanı azaldıb

OPEC+ ittifaqı ölkələri arasında aparılan danışıqlar nəticəsində Rusiya 2024-cü ildə neft hasilatı üçün kvotanı azaldıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Rusiyada növbəti il ​​üçün kvota gündəlik 10,478 milyon bareldən 9,828 milyon barrelə endirilib. Qeyd olunur ki, Səudiyyə Ərəbistanı indiki 10,478 milyon barellik kvotasını qoruyub.

İyunun 4-də alyans üzvləri tərəfindən razılaşdırıldığı kimi, OPEC ölkələri tərəfindən hasilatın ümumi həcmi 2024-cü il üçün gündəlik 40,46 milyon barel səviyyəsinə uyğunlaşdırılıb.

Bu yolla ölkələr hasilatı 1,393 milyon barel azaldacaq. Qeyd edək ki, bundan əvvəl OPEC+ alyansının uzun sürən qeyri-rəsmi müzakirələrdən sonra rəsmi danışıqlara başladığı bildirilirdi.

Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkənin könüllü olaraq neft hasilatının azaldılmasını 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacağını bildirib.

Beləliklə, Rusiya Federasiyası gündəlik kvotadan 500 min barel az neft hasil etməyə davam edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə