Peskov bu bəyanatı biabırçılıq adlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalıların ölümünü ABŞ pullarının ən uğurlu israfı adlandıran amerikalı senator Lindsi Qremin sözlərini şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, Kremlin sözçüsü bu bəyanatı biabırçılıq adlandırıb.

Qeyd edək ki, Qremin açıqlamalarını pisləyən Dmitri Peskov, bu cür sözlərin ABŞ-ı bir ölkə olaraq ancaq ləkələdiyini bildirib.

O, həmçinin belə senatorların olmasının ölkə üçün böyük ayıb olduğunu da dilə gətirib.

“Ölkə üçün belə senatorlara sahib olmaqdan daha böyük biabırçılıq təsəvvür etmək çətindir”, - Kremlin sözçüsü bildirib bunu.

Xatırladaq ki, bundan əvvəl SpaceX-in yaradıcısı İlon Mask respublikaçı senator Lindsi Qremin Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı sözlərinə cavab verib. Belə ki, Tesla-nın qurucusu bunun ABŞ-da ən yaxşı investisiya olması iddiasını şübhə altına alıb.

Yeri gəlmişkən onu da xatırladım ki, ABŞ senatoru Lindsi Qrem Vladimir Zelenski ilə görüşü zamanı rusiyalıların ABŞ hakimiyyətinin Ukraynaya yardımınnın bir hissəsi kimi “ən uğurlu” pul xərcləməsi nəticəsində öldüklərini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə