Rusiya və Braziliya prezidentləri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Luis İnasio Lula da Silva ilə telefon əlaqəsi saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Lula da Silva söhbət zamanı Yaponiyanın Xirosima şəhərində keçirilən G7 liderlər sammiti ilə bağlı fikirlərini Vladimir Putinə çatdırıb.
Vladimir Putin isə öz növbəsində Ukraynadakı vəziyyəti qiymətləndirib və rəsmi Kiyev və onun Qərb tərəfdarları tərəfindən bloklanan siyasi və diplomatik dialoqa açıq olduqlarını bildirib.
Görüş zamanı Rusiya ilə Braziliya arasında münasibətlər, BRİKS və digər beynəlxalq platformalarda görülən birgə işlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə