Türkmənistan prezidentinə general hərbi rütbəsi verilib

Bu qərarı Türkmənistan parlamenti ölkə Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq qəbul edib. Türkmənistanın Məclisi (parlamenti) bu ölkənin prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Serdar Berdiməhəmmədova general hərbi rütbəsi verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkmənistanın rəsmi televiziyasının “Vətən” proqramının efirində məlumat verilib.

Parlamentin Türkmənistan Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq belə bir qərar qəbul etdiyi vurğulanıb.

Xatırladaq ki, 2022-ci ilin martında Türkmənistanda keçirilən növbədənkənar prezident seçkilərində hakim Demokrat Partiyasının namizədi Serdar Berdiməhəmmədov qalib gəlib.

Belə ki, Seçki Komissiyasının məlumatına görə, səsvermədə 3 milyon 362 min 52 nəfər və ya siyahıya alınmış seçicilərin 97,17 faizi iştirak edib. Semicilər Serdar Berdiməhəmmədova 72,97 səs vermişdilər.

Yeri gəlmişkən Serdar Berdiməhəmmədov 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. O, Türkmənistanın əvvəlki prezidenti Qurbanqulu Berdiməhəmmədovun yeganə oğludur. 2001-ci ildə S. Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetini bitirib.

2011-ci ildə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası. 2011-2013-cü illərdə İsveçrədə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə