Qar yağışı güclü zərbə vuracaq. Dekabr ayına girdikcə havalar getdikcə soyuyur. Havaların soyuması ilə İstanbul və Ankara kimi şəhərlərdə qışa hazırlıqla bağlı meteoroloq Kerem Ökten diqqətçəkən açıqlama verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, İstanbul üçün əfsanəvi qış adlandırılan 1987-ci ilin qışına diqqət çəkən Ökten peyk xəritələrində qarşıdakı günləri şərh edib.

1987-ci ilin əfsanəvi qışı qayıdır, qarla doyacağıq, deyən meteorologiya mütəxəssisi sosial media hesabından verdiyi açıqlama ilə önümüzdəki günlərdə Türkiyədə gözlənilən hava şəraiti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Meteorologiya isə dekabrın 6-na olan hava hesabatında leysan və qar yağacağı ilə bağlı xəbərdarlıq edib.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə