Ruslar Luqanskda boz zonanı “azad” etdiklərini deyirlər

Rusiya hərbçiləri Luqansk Xalq Respublikasının Kremennaya yaxınlığındakı boz zonanı azad edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rus saytları bəyan ediblər.

Onların verdiyi məlumatına görə, Svatovo-Kremennaya xətti boyunca döyüşlər olub, bundan sonra Rusiyanın qoşun bölmələri Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərini geri oturda bilib.

Bundan əlavə, “Bars” bölməsi mövqelərinin yaxşılaşdırıb. Rus saytlar, boz zonanın azad edilməsi buna sübut kimi göstərirlər.

Qeyd edək ki, bundan əvvəl Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin Luqansk Xalq Respublikasının Novoselovskoye kəndi yaxınlığında növbəti hücum cəhdinin qarşısını aldıqları bildirilmişdi.

Dekabrın 1-də Luqansk Xalq Respublikasının xalq milislərinin zabiti Andrey Maroçko Kremennaya şəhəri istiqamətində Polşa və Almaniyadan olan muzdluların vuruşduğunu bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə