ABŞ və Fransa Ukraynanı dəstəkləməklə bağlı razılığa gəlib

ABŞ və Fransa Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatında deyilir.

Tərəflər Ukraynaya lazımi səviyyədə kömək göstərəcəklərini də bəyan ediblər.

Ukraynaya kömək dedikdə HHM sistemlərinin və enerji sisteminə lazım olan avadanlıqların göndərilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə